Ailə üzvlərinin təkidi ilə hicabı açmışam, nə edim?

    12.09.2014
Sual: 
salam eleykum men sizden 1 meslehet isdeyirem men namaz qilib hicab baglayiram anam ise qetiyyen eliyhinedi hicabin hazirda rusiyadayam ve evdekilerde burda pis baxildiqini dediler hicabi acmisam ama icimde ozume yaxsi tesir etmir bu hal hemde isdiyecem vapse pis baxacaqlar mene diyillerki bura xristian olkesidir azerbaycana gedende baglayarsan hicab men neyniyim mene bir meslehet verin tesekkur edirem.
Cavab: 

Aleykum salam. Hicab Uca Allahın qadınlara olan vacib əmrlərindən biridir. Ona görə də heç bir halda hicabı açmaq olmaz və bu böyük günahlardan sayılır. Heç nəyə baxmayaraq yenidən hicab bağlamaq lazımdır. Həmin insanlar qiyamət günü sizə kömək etməyəcəklər, ona görə də Allahın əmrlərini yerinə yetirmək üçün insanların pis baxmasından, tənə və qınaqlarındən çəkinib utanmaq olmaz. Uca Allah buyurur: "Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir". (əl-Bəqərə,  48).
Həmçinin peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət etmək olmaz".
Ancaq siz də öz növbənizdə bu vəziyyətdə səbirli davranmalı, onları gözəl, elmli şəkildə, hikmətlə başa salmalı və öz əxlaqınız ilə onlara nümunə olmalısınız ki, onlarda İslama, hicaba qarşı rəğbət oyada biləsiniz. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Səbr və çoxlu dua ilə Allahdan yardım istəyin. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!" (əl-Bəqərə, 153). Həmçinin oxuyun: 
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma izn vermir
Hicabı açmaq günahdır?

Teqlər: 
Paylaş: