Evə ikona alıb qoymaq olarmı?

    14.09.2014
Kimdən: 
Aygun Qasimova
Sual: 
Salam. men İkona alıb evde qoya bilerem gunah olmazki. isalam dinine aid bir zid hereket etmis olmaramki.
Cavab: 
Aleykum salam. İkona -- xristianların şirk və küfr əməlləri üçün vasitələrdən biridir. Onlar çox vaxt bu şəkillərə baxaraq dua edir, Məryəm oğlu İsanın (aleyhissəlam) şəklindən bərəkət istəyir və s. küfr əməllər edirlər. Uca Allah bu cür əməllər edənləri əsla bağışlamayacağını və onların əbədi Cəhənnəmdə qalacağını bildirib: Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116). 
"Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmişdir və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır". (əl-Maidə, 72). Daha ətraflı: Şirk nədir?
Ona görə də şirk və ona aparan şeylərdən uzaq durmaq lazımdır. Həmçinin xristianlığın rəmzlərini evə qoymaq onlara oxşamaq deməkdir, bu isə haramdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim özünü bir qövmə (xalqa, millətə, tayfaya) oxşadarsa, o da onlardan sayılar". (Əbu Davud "Libas", №: 4031, 4033. əl-Albani hədisin səhih dərəcəsində olduğunu bildirmişdir. Bax: "İrvaul-Ğalil" kitabı, №: 1269).
Paylaş: