Namaz qılarkən üzümüzü Məkkəyə tərəf çevirməyimiz vacibdirmi?

    14.09.2014
Sual: 
salam niye gore biz mege seherine dogru namaz qilirig meyer bu vacibdirmi allahnan unsiyetde olmag isteyiremse qibleye dogru olmaliyam meqqsed allahnan unsiyedirse tekbetek qalmagdirsa namaz qilmagdirsa olmaski haterefe istesen durum qilim bunu izah ede bilersiz niye hansi olkeye gedirikse hansi yerde olurugsa mege seherine dogru qilmaliyig namazimizi
Cavab: 

Aleykum salam. Namazda üzünü qibləyə tutmaq vacibdir, çünki Uca Allah bunu əmr edib: "(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız". (əl-Bəqərə, 150). Həmçinin, əgər qiblənin dəqiq istiqamətini təyin edə bilmirsinizsə, onu təqribən təyin edə bilərsiniz.  

Teqlər: 
Paylaş: