Yatmazdan əvvəl oxunan zikrlərdə niyə "Allahu Əkbər" sözü 34 dəfə deyilir?

    22.09.2014
Sual: 
salam aleykum.yatmazdan evvel edilen zikrde nie subhenallah ve elhemdullilah sozlerini 33defe,Allahu Ekber sozunu ise 34 defe deyirik?nie 34defe?
Cavab: 

Aleykum salam. Bunun belə olmasını Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) özü belə edib və ümmətinə də belə etməyi buyurub. O, bəzi məsələlərin hikmətini və mənasını bizə açıqlamış, bəzilərini isə bildirməmişdir. Bizim üzərimizə düşən isə "eşitdik və itaət etdik" deməkdir, çünki Uca Allahın və onun Rəsulunun hər bir əmri insan üçün xeyirlidir. Uca Allah buyurur: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!" (əl-Bəqərə, 285). Həmçinin oxuyun: Yatağa girərkən oxunan zikrlər

Teqlər: 
Paylaş: