Dəstəmazda əlləri yuxarıdan aşağı, yoxsa aşağıdan yuxarıya doğru yumaq lazımdır?

    23.09.2014
Kimdən: 
Nurlana
Sual: 
salam men namaz qiliram bilmek isteyirem destemaz aldiqda eli yuxridan asagi yoxsa asgidan yuxari mehs cekmek olar
Cavab: 

Aleykum salam. Dəstəmazda əllər (dirsəklərə qədər) yuyulur, məsh çəkilmir. Əlləri necə yumaq mühüm şərt deyil. Amma dəstəmazla bağlı ayəyə diqqətlə fikir versək,  orada əlləri aşağıdan yuxarıya doğru yumağa işarə edildiyini görərik. Bunu da daha yaxşı ərəb dilinin qrammatikasını mükəmməl bilənlər aydın görə bilər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun)...". (əl-Maidə, 6).
Əgər ayədə dirsəklərə qədər deyilirsə, bunun üçün də aşağıdan başlamaq lazım gələcək.
Həmçinin oxuyun: Peyğəmbər necə dəstəmaz alardı?
 

Teqlər: 
Paylaş: