Etdiyim günahlar yadıma düşəndə pis oluram...

    29.09.2014
Sual: 
Salam Aleykum.Bu suallarima cvb yazardizda zehmet olmasa.1 - Menim gunahlarim Cox olub ama istememiwem o gunahi edim meni gun ah iwletmeye zovq eden olub hemde biraz oz nefsim.weytan azdirib..Men ama to be etmiwem pewmanam.yadima duwur gunahlarim tovbe etsemde pis oluram Ne edim?? Evvel sevdiyim insan yadima duwur ama men aileliyem istemirem yadima duwsun Men gunah qazanirami bununla...??? Birdeki men bir Insan meni cox incidib ona halalliq vermemiwem ve o insan tovbe edibse gunahlari yuyulur o insanin men halalliq vermesem BeLe??????Allah razi olsun
Cavab: 

Aleykum salam. Ürəkdən peşman olub tövbə etdiyiniz əməlləri Allah bağışlayır və buna görə pis olmaq lazım deyil. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin". (əz-Zumər, 53).
Daha ətraflı: Tövbə etsəm, bağışlanarammı?
İnsanın beyninə gələn pis fikirlər onları həyata keçirmədikcə günah sayılmır. Dində bu kimi fikirlərə şeytanın vəsvəsələri deyilir. Belə fikirlər gələndə dərhal "Əuzu Billəhi Minə-ş-Şeytani-r-Racim" deyərək Uca  Allaha sığınmaq və "Əstəğfirullahə Va Ətubu İleyhi" deyərək çoxlu istiğfar (Allahdan bağışlanma) diləmək lazımdır. Həmçinin belə vəsvəsələrdən uzaq olmaq üçün dini bilikləri, Allaha olan ibadəti və zikrləri də artırmaq lazımdır. Bu kimi fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır.
Sizə qarşı haqsızlıq etmiş insan Allaha tövbə etsə də, əgər siz ona halallıq verməsəniz, Qiyamət günü ondan haqqınızı tələb edə biləcəksiniz. Bu isə onun savablarından sizə verilməsi və ya sizin günahlarınızdan ona yüklənməsi şəklində olur. Daha ətraflı: Qul haqqı barədə
Amma dinimizə görə halallıq vermək daha yaxşı sayılır və bunun Allah tərəfindən Qiyamət günü xüsusi mükafatı olacaq. İslam alimləri səhih hədislərə əsasən deyirlər ki, əgər möminlər halallıq məsələsinin Qiyamətdə nə qədər ağır, dəhşətli və məsuliyyətli bir məsələ olduğunu bilib dərk etsəydilər, onlar bu dünyada ölmədən öncə müsəlman bacı və qardaşlarına haqlarını halal edərdilər.

Teqlər: 
Paylaş: