Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?
Aleykum salam. Allah sizdən də razı olsun. Oturarkən namaz qılanda rükü edəndə biraz qabağa əyilmək, səcdə edərkən isə ondan daha çox əyilmək lazımdır. Uzanmış vəziyyətdə də başı qabağa əyməklə həmin hərəkətləri etmək olar. Əgər bu da mümkün deyilsə, bacardığınız şəkildə qıla bilərsiniz. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
"Allahdan bacardığınız qədər qorxun". (ət-Təğabun, 16).
Uca Allah buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm odunun əzabından qoru!" (Ali İmran, 191).
Alimlərə görə burada "zikr" sözünün mənası namaz deməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xəstə namazını ayaq üstə qıla bilməzsə oturaraq, buna da gücü yetməzsə, kürəyi üstə yataraq ilə qılar".