Dualarımın bəziləri qəbul olmur, bunun səbəbi nə ola bilər?

    02.10.2014
Kimdən: 
Senan Cebrayilov
Sual: 
Salam sualim beldir ki Allaha demey olar ki her gun dua edirem namaz qilmasam bele her azan verilende dua edirem Allahima cox wukur dualarimin bezilerini qebul edir amma Allahimdan dilediyim en cox istediyim duami qebul etmir bunun sebebini bilmek isteyirem xaiw edirem sualimi duzgun bawa duwub cvablandirasiz .... indiden tesekkur
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) duaların qəbul olmaması səbəblərindən bəzilərini açıqlamış, bunlardan birinin də Uca Allaha asi olmaq (əmrlərini yerinə yetirməmək) olduğunu demişdir. Namaz qılmamaq isə ən böyük asiliklərdəndir. İnşallah, tezliklə namaza başlayın, namazlarınızda da dua edin, çünki səcdə anında edilən dua, fərz namazının sonunda və gecənin son üçdə birində edilən dualar daha çox qəbul olunur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". Muslim).
Əbu Uməmə əl-Bəhili (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Hansı dua daha çox eşidiləndir" - deyə soruşduqda O: "Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua" - deyə cavab vermişdir. (ət-Tirmizi). Daha ətraflı:
Namaz qılınma qaydası - VİDEO
Duaların qəbul olması üçün nə etmək lazımdır?

 

 

Teqlər: 
Paylaş: