Allaha həvalə etmək qarğış sayılırmı və günahdırmı?

    06.10.2014
Sual: 
Salam. Sübh namazından sonra əllərini göyə açıb sənə pislik edib səni dərindən yaralamış insanlar üçün "Allahım, onları Sənə həvalə edirəm, Sən özün onları bildiyin kimi elə" demək qarğış və günahdırmı?
Cavab: 

Aleykum salam. Hər bir müsəlman bacardıqca bəddua və qarğışdan çəkinməlidir. Daha ətraflı: İslam dini lənəti bəyənirmi?
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) çox nadir hallarda bəddua edib. Abdullah ibn Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə belə deyilir: "Peyğəmbər Kəbədə namaz qılırdı və Əbu Cəhl və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəziləri digərlərinə: "Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən bədbəxti gedib bunu gətirdi və Peyğəmbər səcdə edənə kimi gözlədi, sonra isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və gülərək bir-birinə söykənirdilər və Allah Rəsulu səcdə edirdi və başını qaldırmırdı. Sonra Fatimə gəlib içalatı onun kürəyindən götürüb kənar etdi. Sonra Allahın Elçisi başını qaldıraraq üç dəfə: "Ey Allahım! Qureyşi sənə həvalə edirəm" deyərək dua etdi. Onlara bəd dua etdikdə bu onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu diyarda edilən dualar qəbuldur...". (əl-Buxari; Muslim). Bu şəxslər hamısı Bədr döyüşündə müsəlmanlar tərəfindən öldürülmüşdülər.
 

Teqlər: 
Paylaş: