Qaranlıqda namaz qılmaq olarmı?

    09.10.2014
Kimdən: 
Aynaz
Sual: 
Namaz vaxti isiq sonende Namaz qilmaq olarmi?
Cavab: 

Salam aleykum. Namaz vaxtı işıq sönəndə namaz qılmaq olar. Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) qaranlıqda da namaz qıldığı rəvayət edilir. Aişə (Allah ondan razı olsun) belə demişdir: “Mən Rəsulullahın qabaq tərəfində, ayaqlarım onun qibləsinə tərəf (yəni, səcdə edəcəyi yerə) olan formada yatırdım. O, səcdə etdiyi vaxt məni dümsükləyirdi, mən də ayaqlarımı geri çəkirdim. Səcdədən qalxdığı vaxt ayaqlarımı yenə uzadırdım”. Aişənin sözlərinə davam edərək belə demişdir: “O vaxtlar evlərdə qəndillər (yəni, işıqlar) yox idi”. (əl-Buxari, 1209).

Teqlər: 
Paylaş: