Sevdiyim şəxslə evlənə bilmədiyim üçün daha heç vaxt ailə qurmaq istəmirəm
Aleykum salam. Bu cavabda yazılanları edin: Sevgilimə qovuşa bilmirəm, nə edim?
Evlənməmək Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmrinə ziddir. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (əl-Buxari, 5066; Muslim, 1400).
Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) evinə 3 nəfər gəldi və birincisi dedi: mən daim ibadət edəcəyəm və yatmayacağam, digəri dedi: mən il boyu oruc tutacağam, üçüncüsü isə mən heç vaxt evlənməyəcəyəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu eşidəndə dedi: Vallahi, mən sizin ən çox Allahdan qorxanınızam, lakin mən gecənin bir qismi ibadət edir, bir qismini də dincəlirəm, ilin müəyyən günlərində oruc tutur və müəyyən günlərində isə tutmuram və nəhayət evlənirəm. Bu yolu tutmayanlar məndən deyildir". (əl-Buxari, 5063; Muslim, 1401; Hafiz ibn Həcər "Fəthul-Bari", 9/105-106).