Beş ildir sevgilimə qovuşa bilmirəm, mən nə edim?
Aleykum salam. Uca Allah buyurur: "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir". (əl-Bəqərə, 45).
"Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)". (əl-Bəqərə, 153).
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!" (əl-Bəqərə, 155).
"Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz". (Ali İmran, 186).
Bu xüsusda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurmuşdur: "İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar". (əl-Buxari).
Həmçinin demişdir: "İnsan sevdiyi ilə birlikdə olacaq". (Səhih əl-Buxari).
Duaların ən çox qəbul olunduğu vaxtlardan biri gecənin son üçdə biridir. Gecə namazını qılın. Gecə namazı necə qılınır?
Həmçinin Allah Rəsulu çətin anlarda İstixarə namazını da qılmağı buyurmuşdur: İstixarə namazı necə qılınır?
Allah yardım etsin!