Allahın "əl-Həkim" və "əl-Həkəm" adlarının mənası

    08.10.2014

əl-Həkim və əl-Həkəm sözlərinin hər ikisinin mənası hikmətli və hökm verən deməkdir. Uca Allahın əl-Həkim adı Qurani-Kərimdə 94 dəfə, əl-Həkəm adı isə cəmi bir dəfə zikr olunur. Uca Allah buyurur:
“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir (əl-Həkim) (əl-Həşr, 24). 
əl-Həkəm - hökm sahibi olan, heç kəsə pislik və ya zülm etməyəndir.   
əl-Həkim - idarəçiliyinə heç bir zərər gəlməyən, hər bir şeyi hikməti və ədaləti ilə öz yerinə qoyan, sözü və feli düzgün olandır.

Paylaş: