Cümə namazından sonra zöhr namazını da ayrıca qılmaq lazımdırmı?

    16.10.2014
Kimdən: 
Sahib
Sual: 
Salam aleykum. Cume namazi qilindiqda gunorta namazini qilmaq lazimdi ya artiq qilinmis sayilir?
Cavab: 

Aleykum salam. Cümə namazı Zöhr namazını əvəz edir və ondan sonra Zöhr namazını qılmağa ehtiyac yoxdur. Cümə namazını qıldıqdan sonra ardınca ayrıca zöhr namazını da qılmaq dinimizdə böyük bidətlərdən (sonradan uydurulan yenilik) sayılır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə etməmişdir. Allah Rəsulu belə buyurur: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (Buxari, Müslim).
 

Teqlər: 
Paylaş: