Başa məsh çəkəndə hörükləri açmaq lazımdır?
Sual:
Salam. Dəstəmaz aldıqda saç mütləq açıq olmalıdırmı? Keçən dəfə uzun saçla bağlı sual verdim və kəsməyi məsləhət gördünüz. Mən dəstəmaz alanda saçımı hörürəm ki, mənə mane olmasınlar. Dəstəmaz aldıqda saçlarım mütləq açıq olmalıdırmı? Məgər əsas olan məsh yeri deyilmi? Həm də ki, deyirsiniz saç mane olursa Allah üçün onu kəsmək lazımdır. Bu söz məni çox yaraladı. Saçlarımı ibadətimdən üstün tutduğumu sandım, halbuki onları Rəbbimin bir ruzisi kimi qəbul edib sevirdim. İndi isə saçlarımı kəsmək şərt oldu. Kaşki belə deməyəydiniz.
Cavab:
Aleykum salam. Bəli, saçlar da digər bədən üzvləri kimi Uca Allahın bizə nemətidir. Uzun saçları kəsmək vacib deyil, sadəcə sizə çətinlik yaradırsa, istəsəniz kəsə bilərsiniz. Şəriətdə uzun saç saxlamaq haram buyurulmayıb. Həmçinin, başa məsh çəkəndə hörükləri açmaq lazım deyil.