Bir namazı bəzən gün ərzində iki dəfə qılmaq olarmı?
Aleykum salam. Zərurət yarandıqda əsr namazını öz vaxtında qıla bilməyəcəyinizdən ehtiyat edərək zöhrlə birləşdirib qılmaq olar. Əgər əsr namazının öz vaxtında namaz qılmağa şərait yaransa, yenidən əsr namazını qılmaq olar. Bu halda zöhrlə birləşdirib qıldığınız namaz nafilə sayılacaq. Ümumiyyətlə, namazları iki halda birləşdirmək olar: səfərdə olarkən və zərurət yarandıqda. Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).
Ancaq çalışın ki, bunu adət halına salmayasız. Qəzaya gəlincə, çalışın qəza etməyəsiniz, imkan tapıb bacardığınız şəkildə namazlarınızı qılasınız. Şəraitin yaranması üçün Allaha çoxlu dua edin. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).