Səfərdə olana şəhvət hissi gələrsə, zina etmədən özünü boşalda bilərmi?
Sual:
Əgər bir insan səfərdə olarsa,və şəhvət hissi ona gəldikdə o zina etməyərək özü öz şəhvətini ödəyə bilərmi?
Cavab:
Salam aleykum. Özünü boşaltmaq (istimna, masturbasiya) haramdır. Bəzi alimlər zinaya düşmək təhlükəsi yarandıqda bunu etməyi icazəli görüblər. Həmin insan evdə qoyub getdiyi həyat yoldaşı necə səbr edirsə, o da səbr etməlidir. Səbr edə bilmək üçün də şəhvətə səbəb olan vasitələrdən çəkinmək, harama baxmamaq, açıq-saçıqlıq olan yerlərdən uzaq durmaq, bu haqda düşünüb xəyal qurmamaq, çoxlu zikr etmək və s. səbəblərdən istifadə etmək lazımdır. Həmçinin oxuyun:
Masturbasiya etməyə icazə verilir?
Günahdan əl çəkə bilməyib hər dəfə tövbəmi pozuram, nə edim?