Evdə bəzək məqsədilə heykəlciklərin olması günahdırmı?
Sual:
Salam. İlk öncə onu qeyd edim ki, mən müsəlmanam. Namaz qılıram. Allah birdir, təkdir, Onun şəriki yoxdur, Məhəmməd (s) də onun peyğəmbəridir.
Mən antik əşyaları və qotik üslubda tikilmiş evləri çox xoşlayıram. Qotik üslub - bəlkə filmlərdə görmüsünüz tavanına və ya başqa yerlərə balaca qənədli uşaq heykəlcikləri və pələng sifətləri ilə bəzədilmiş antik evlərdir. Mən antika ilə çox maraqlanıram və belə bəzək əşyaları, mücrülər və s. çox xoşuma gəlir. Hətta evimi bu üslubda tikdirmək istəyirəm (amma təbbi ki, namaz qıldığım otaqda və qibləmdə bu heykəlciklər və bəzəklər qətiyyən olmayacaq). Amma bunlar heykəl olduğu üçün yenə də çox çəkinirəm və bu səbəbdən də sizdən bu mövzuda rəy almaq istədim. Allah xatirinə mənə məsləhət verin.
Əgər heykəl və başqa ruhu olan canlıların bəzəkləri olmasa, yəni sadəcə qədimi evlər kimi hündür tavanlı və böyük pəncərəli ev olsa yenə də günah olar?
Bir də heykəllər və üzərində sifət olan bəzək əşyaları nəcis hökmündədir? Və haramdır?
Xahiş edirəm suallarımı ötürmədən hər birinə cavab yazın. Allah razı olsun. Amin.
Cavab:
Aleykum salam. Evdə ruhu olan canlıların (insan, heyvan və s.) heykəl və rəsmlərinin olması qadağandır. Digər şeylərin heykəl və ya rəsmləri isə ola bilər. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: “Mələklər, içində it və ya şəkil olan evə girməzlər.” (əl-Buxari, 4002). Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Kəbəyə yalnız şəkillər silindikdən sonra daxil olmuşdu.
Həmçinin oxuyun: Evdə heykəl suvenirləri olmaq günahdır?
Şəkil çəkmək və heykəl olan otaqda namaz qılmaq olarmı?
Bu cür heykəl və şəkillər olmamaq şərtilə hündür tavanlı və böyük pəncərəli ev tikmək günah deyil.
Bu cür bəzək əşyaları, nəcis yox, sadəcə haram hökmündədir.