Səcdəyə gedərkən dirsəkləri yerə qoymağın qadağan olması barədə

    26.10.2014
Sual: 
salam eleykum secdede dirsekleri yeusmedimre qoymaq sozunu basa dusmedim qollari yere qoymaq olmas o menada
Cavab: 

Aleykum salam. Səcdə zamanı dirsəkləri yerə qoymaq namazda bəyənilməyən əməllərdən hesab olunur. Yəni əllərin içi yerə qoyulmalı, dirsəklər isə havada qalmalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dir­sək­lənməyin (yəni, səcdə zamanı dirsəkləri yerə qoymayın, dirsəklər havada qalsın)". (Buxari və Muslim).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (təşəhhüdü oxu­du­ğu zaman) sol ayağının üzərində oturub sağ ayağının bar­maqlarını qibləyə tərəf yönəldər və şeytan oturuşun­dan (səhabələrini) çəkindirərdi. Həmçinin, heyvan oturuşun­dan (səcdə etdikləri zaman dirsəkləri yerə qoymaqdan da onları) çəkindirərdi…". (Muslim).

Teqlər: 
Paylaş: