Cümə namazının vaxtında dərsim var, hansına getməliyəm?

    26.10.2014
Sual: 
es selemu aleykum menim cume gunleri universitetde dersim olur men dersemi girmemeliyemyoxsa namazami getmemeliyem...
Cavab: 

Aleykum salam. Çalışın, icazə alıb gedə bilirsinizsə, cümə namazına gedin. Ciddi üzürlü səbəb olmadan cüməni tərk etmək günah sayılır. Quran ayəsinə görə kişilərə cümə namazına getmək vacibdir: "Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız". (əl-Cumuə, 9-10).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Bəzi camaatlar ya cüməni tərk etmələrinə son qoysunlar, ya da Allah onların qəlbinə möhür vurar, sonra qafillərdən olarlar". (Muslim, 2/591).
"Üç dəfə heç bir üzürlü səbəb olmadan cümə namazını tərk edənin Allah qəlbini möhürləyər". (Əbu Dəvud; ən-Nəsəi; İbn Məcəh).
Əgər alınmnırsa, heç olmasa bir həftədən bir və ya uzaqbaşı iki həftədən bir cümə namazına gedin.

Teqlər: 
Paylaş: