Hamiləlikdə uşaq düşməsinə qarşı Qurandan hansı surəni oxumaq olar?
Aleykum salam. Əvvəlcə həkimlər uşağın düşməsinin yoxsa qalmasının hansının daha xeyirli olmasına qərar verməlidirlər. Əgər səbəbini göstərərək uşağın düşməsinin daha xeyirli olmasını desələr, bu zaman heç nə etmək lazım deyil. Əgər səbəbi bilməsələr və ya qalmasının daha xeyirli olmasını desələr, bu zaman qadına Ruqya (Quranla müalicə) etmək olar. Həmin qadın uzanır və kimsə əlini onun başına qoyaraq Quran oxuyur. Bu, xəstəliyin şiddətindən asılı olaraq bir dəfə ya çoxlu edilə bilər, həmçinin hər müalicə seansı qısa və ya uzunmüddətli ola bilər. Bu sahədə mütəxəssislərə də müraciət etmək olar. Daha ətraflı: Allahın kəlamı ilə müalicə
Uca Allah buyurur: "Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik". (əl-İsra, 82).
"De ki: "O, iman gətirənlərə hidayətdir və şəfadır". (Fussilət, 44).
"Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunus, 57).