Yaxşılıq etdikdən sonra pislik edəndə savab əldən çıxır?
Aleykum salam. İnsan yaxşılıq etdikdə ona savab, pislik etdikdə isə günah yazılır. Günahları savablarından çox olanlar axirətdə əzab çəkəcək. Uca Allah buyurur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz". (əl-Ənam, 160).
"Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar. Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar". (əl-Mu'minun, 102-104).
Həmçinin kiməsə pislik edərək onun haqqına girdikdə, Qiyamət günü pislik edənin savablarından götürülərək zülm etdiyi insana veriləcək. Daha ətraflı: Qul haqqı barədə
Həmçinin oxuyun: Yaxşılıq etdikdə Allah onun əvəzini verirmi?