əl-Fatihə surəsinin tərcüməsini yaza bilərsinizmi?
Salam aleykum.
Fatihə surəsinin tələffüzü:
Əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim.
Bismilləəhi-r-Rah'məəni-r-Rahiim!
1. əl-Həmdu lilləəhi Rabbi-l-Aaləmiin, 2. ər-Rah'məəni-r-Rahiim, 3. Məəliki yəvmi-d-diin, 4. İyyəəkə nə'budu va iyyəəkə nəs'təi'in, 5. İhdinə-s-siraata-l-mustəqiim, 6. Siraata-lləziinə ən'amtə aleyhim, ğayri-l-məğduubi aleyhim, valə-d-daaaaalliiiin". (əl-Fatihə, 1-6).
Mənası:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!... "Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!" (əl-Fatihə, 1-6).
Bu surənin izahı ilə bağlı aşağıdakı linkləri oxuyun:
Bizi doğru yola yönəlt!
əl-Fatihə surəsinin üstünlüyü