Bayramlarda ocağın üstündən tullanmaq günahdırmı?

    02.11.2014
Sual: 
salam bayramlarda ocaqin ustunden tullanmaq gunahdir
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, İslamda iki bayram var: Ramazan və Qurban bayramları. Dediyiniz bayram və adətlər digər dinlərdən qalıb. Digər dinlərin bayramlarını keçirtmək və onların adət-ənənələrini yerinə yetirmək özünü onlara oxşatmaqdır, bunu isə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qadağan edib: "Kim özünü bir qövmə (xalqa, millətə, tayfaya) oxşadarsa, o da onlardan sayılar". (Əbu Davud, 4033). Həmçinin ocağın üstündən tullanaraq şəfa tapmağa ümid etmək və ya gələn ilin uğurlu keçəcəyini gözləmək böyük günahdır. Daha ətraflı: Şirk nədir?

Paylaş: