Cümə qüslu nə vaxt alınmalıdır?

    10.11.2014
Kimdən: 
yunus
Sual: 
dunen axsam qusul almisam. cume qusulu almaliyamgene
Cavab: 

Aleykum salam. Cümə qüslunun fərz olduğunu deyən alimlər olsa da, əksəriyyətin rəyinə əsasən cümə qüslu vacib yox, təkid olunmuş sünnədir (etməyən böyük savabdan məhrum olur). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cümə namazına gələn qüsl alsın". (İbn Hibban).
"Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban vermiş kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər". (əl-Buxari, Muslim). 

Yuxarıdakı hədisə əsasən alimlərin əksəriyyəti deyir ki, Cümə qüslunu almaq üçün vaxt Cümə günü sübhdən başlayır. Bunu nəzərə alaraq, Cümə axşamı qüsl almış şəxs imkan varsa, yaxşı olar ki, Cümə günü də qüsl alsın.

Teqlər: 
Paylaş: