Qadın ailəli olduğu halda başqasını sevir və unuda bilmir, nə etsin?

    04.11.2014
Kimdən: 
Amira Amira
Sual: 
Salamun alekym ne deseniz gabildi amma bu gadin derdini carasini kime desin bilmir ve ne etsun onuda bilmir. Bir gadin aylaliykan sosial wabakaden yoldawin dostunan taniw olup oglan bilipki bu aylalidi bundan uzaglawip, o gunden beri 3 il kecib gdin onu unuda bilmir gadinin aylasi var xec ayrilmag istemir 2 ovladi var neynasun kime derdini desin bilmir ozu ibadet edir hicabli gadundi ne etsun ne maslaxet edarsiniz gizin beyni pozlup gunax olduguneda bilir! sagolun!!!
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz kimi, bu böyük günahdır. Daha ətraflı: Başqasının sevgilisini sevmək günahdırmı?
Günahdan əl çəkə bilmək üçün isə burada yazılanları etmək lazımdır: Günahdan əl çəkmək üçün nə etmək lazımdır?
Ümumiyyətlə, belə hallar şeytanın vəsvəsəsi nəticəsində olur. Vəsvəsəni uzaqlaşdırmaq üçün yuxarıda deyilənlərlə yanaşı, əgər dediyiniz kimi pis vəziyyətdədirsə, bütün günü evdə Qurani Kərimi, xüsusilə də Bəqərə surəsini uca səslə oxutmaq faydalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Evlərinizi qəbirlərə çevirməyin, içərisində Bəqərə surəsi oxunan evdən şeytan qaçar". (Səhih Muslim).

Paylaş: