"Amin" sözünün mənası nədir?

    04.11.2014
Kimdən: 
Aynaz
Sual: 
Salam.Niye biz Dua edende sonda Amin deyirik.Bunun menasi nedir?
Cavab: 

Və aleykum Salam. "Amin" sözünün əslinin qədim yəhudi dilindən gəldiyi güman edilir və bu söz İslamdan əvvəl də olub. Adətən, dua zamanı dua edənin özü və ya onu eşidənlər "əmin" söyləyirlər. Mənası budur ki, "qoy bu duada deyilən sözlər həyata keçsin!", "Allah qəbul etsin!" və s.Bu söz Quranda olmasa da səhih hədislərdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizi bu sözdən istifadə etməyə təşviq edib. O buyurur: "Yəhudilər, sa­lam və amin deməyə görə sizə həsəd apardıqları kimi heç bir şeyə gö­rə sizə həsəd çəkmirlər". (İbn Macəh, 856).
Həmçinin demişdir: "İmam, "Ğayril-Məğdubi aleyhim və ləddaallin" dedikdə, siz də "Amin" deyin. Şübhəsiz, mələklər də "Amin" deyirlər. İmam da "Amin" deyir. Kimin "Amin" deməsi mələklərin "Amin" deməsinə müvafiq olarsa, deyən adamın keçmiş günahları bağışlanar". (Sunən ən-Nəsai, 927).
Həmçinin buyurmuşdur: "Sizdən biriniz "Amin" deyəndə göydəki mələklər də "Amin" deyirlər, əgər bu sözlər eyni vaxt­da de­yi­lərsə, ("Amin") deyən adamın keçmiş günahları bağışlanar". (Səhih əl-Buxari, 781).
Vail ibn Hucr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbəri (saləllahu aleyhi və səlləm) eşitdim "Ğayril-Məğdubi aleyhim vəladdaallin" oxuduqda "Amin" dedi və bu kəlmədə səsini uzatdı". (Sunən ət-Tirmizi, 248).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Ummul-Quranı oxuyanda səsini yüksəldər və "Amin" deyərdi. (əd-Dəraqutni, 1274).

Ona görə də bu sözü demək problem yox, savabdır.
Teqlər: 
Paylaş: