Cadu insanın taleyinə təsir edə bilərmi?
Salam aleykum. Bütün insanların qədərini (taleyini) Uca Allah əvvəlcədən yazmışdır və onu heç bir hadisə dəyişdirə bilməz. Amma heç kim onun qədərinə nə yazıldığını bilmir, və ona görə də hamı öz xeyirli aqibəti üçün çalışmalıdır.
Amma cadu insana pis təsir edə bilər. Cadudan qorunmaq üçün isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) bizə buyurduğu halal vasitələrdən istifadə etmək lazımdır: Allahın əmrlərini yerinə yetirmək, namaz qılmaq, əl-İxlas, əl-Fələq, ən-Nas surələri və Ayətul-Kursini gün ərzində çoxlu oxumaq, Allahı çoxlu zikr etmək, Quran oxumaq və evdə yüksək səslə oxutmaq, ruqya (Quranla müalicə) etmək və s. lazımdır. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
Allahın kəlamı ilə müalicə
Cadudan qorunmaq üçün sehrbazlara, kahinlərə, cadu tapanlara və s. müraciət etmək böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi).
Bu insanların ətrafında çoxlu şeytanlar olur və belə insanlar onların vəsvəsəsi nəticəsində hərəkət edirlər. O cür insanların yanına getmək və ya onları evə buraxmaq sizə daha çox zərər verə bilər.