Qadından qan gəlib kəsilibsə, namaz qılmalıdırmı?
Aleykum salam. Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Belə bir hal qadının adəti üzrə heyz günlərində baş verərsə, bu qan heyz qanı sayılır. Onun çox və ya az miqdarda olmasının fərqi yoxdur. Ancaq bir gün və ya bir dəfə qan gəlib kəsilibsə, əmin olmaq üçün qadın övrət yerinə (yəni, qan gələn yerə) pambıq qoyub yoxlayır. Əgər pambıqda qan ləkəsi görərsə, deməli onun hələ heyzi davam edir. Əgər heç nə görməzsə, dəstəmaz alıb namazlarını qılır. Siz də bu cür edin. Həmin günlərdə qılmadığınız namazların qəzasını qılmağa isə ehtiyac yoxdur, çünki siz bunu bilərəkdən etməməsiniz: "...Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Ancaq bundan sonra belə hal baş versə, dərhal belə edin və pambıqda qan ləkəsi, damcısı görmədikcə, heç nəyə fikir vermədən çalışın namazlarınızı qılın! Allah daha yaxşı bilir.