Namaz qılıram, amma cümə namazlarını qılmıram. Etdiyim yalnışdır?
Sual:
men namaz qiliram ancaq cume namazlarini qilmiram etdiyim yalnisdir?
Cavab:
Salam aleykum. Cümə namazı Allahın kişilərə əmridir və bu namazı qılmamaq günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumuə, 9).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Üç dəfə heç bir üzürlü səbəb olmadan cümə namazını tərk edənin Allah qəlbini möhürləyər". (Əbu Dəvud; ən-Nəsəi; İbn Məcəh).
Qadınlara isə cümə namazı vacib deyil, istəsələr gedə bilərlər və ya evdə 4 rükət zöhr namazı qılırlar.