Qadınlara cümə namazı vacibdirmi və bu namazı evdə qılmaq olarmı?
Sual:
en qizam cume namazi qila bilerem ? birdeki evde cume namazi qilmaq olar?
Cavab:
Salam aleykum. Qadınlara cümə namazı vacib deyil, istəsələr gedə bilərlər və ya evdə 4 rükət zöhr namazı qılırlar.
Kişilərə isə cümə namazı vacibdir. Kişilər bir halda cümə namazını evdə qıla bilərlər ki, yaxında cümə namazı qılınan məscid olmasın və ya ora getməyə imkan olmasın. Həmçinin camaat (ən azı 3 nəfər) olmalıdır. Namazdan qabaq imam xütbə verməlidir (hər hansı dini mövzuda söhbət etməlidir).