Tövbəni neçə dəfə etmək olar?
Salam aleykum. Ümumiyyətlə istənilən halda hər bir günahdan sonra tövbə etmək mütləqdir: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).
Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (əl-Hakim, 7658). Həmçinin oxuyun:
Tövbə etsəm, Allah bağışlayarmı?
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?