Bir neçə namazımın sonradan batil olduğunu bilmişəm, nə etməliyəm?

    13.11.2014
Sual: 
Mən bir neçə qıldığım namazların sonradan batil olduğunu bildim. Nə etməliyəm?
Cavab: 

Salam aleykum. Namazın batil olduğunu bilmədən qılmızınızsa və sonradan batil olduğunu öyrənmisinizsə, bu halda qəzanı qılmağa ehtiyac yoxdur, çünki dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Həmçinin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043). Yaxşı olar ki, tövbə edəsiniz və Allahdan bağışlanma diləyəsiniz.

Teqlər: 
Paylaş: