İki azyaşlı uşağım olduğu üçün hərdən namaz qıla bilirəm, nə edim?
Salam aleykum. Allah övladlarınızı islam ümməti üçün xeyirli, saleh bəndələrindən eləsin. Bu cür səbəblərə görə namazı qılmamaq günahdır, namaza ciddi yanaşmalı və buna vaxt ayırmalısınız. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır". (əl-Munəfiqun, 9).
"Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
Fatimə (Allah ondan razı olsun) hələ süd əmməkdə olan Huseyn (Allah ondan razı olsun) xəstələndiyi üçün səhərə qədər yata bilməmişdi. Huseyn (radıyəllahu anhu) səhərə doğru qısa müddətli yatan kimi Fatimə (radıyəllahu anhə) tapdığı ilk fürsətdə sübh namazını qıldı. Məsciddə sübh namazını qıldıran peyğəmbər (salləllahu aleyhi və səlləm), adəti üzrə onun evinə gəldi. Fatiməni yatar vəziyyətdə gördükdə onun səhər namazını qılmadığını zənn edərək "Ey Fatimə, peyğəmbər qızıyam deyə əsla namazlarını tərk etmə! Məni haqq ilə göndərən Allaha and içərəm ki, namazını vaxtında qılmadıqca Cənnətə girəcəyini zənn etmə" dedi. Fatimə (radıyəllahu anhə) "Atacan, səhərə qədər yatmadım. Səhər namazını qılıb yatdım" dedikdə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: "Müjdələr olsun sənə qızım Fatimə! Axirətdə əsla belə çətinliklər görməyəcəksən!" (əl-Buxari; Muslim; ən-Nəsəi; ət-Tirmizi). Həmçinin oxuyun: Sübh namazına gecikirəm