Vəsvəsə nəticəsində "mən müsəlman deyiləm" deyən insan dindən çıxırmı?

    01.12.2014
Sual: 
Salam Aleykum. Eger insan sadece dodaglarini terpetmekle tek otagda men muselman deyilem dese dinnen cixirmi? Lakin bu sözu sanki seytan vesvese verib dedizdirerse, sanki o sozu demeyi ozu bile bile yoxluyurmus kimi...o sozu deyennen sora peşman olarsa aglayarsa ki men ne dedim elə dinnen cixmis savablari silinkis kafir sayilirmi..etrafli yazin xahis
Cavab: 

Aleykum salam. Bu cür vəsvəsə ilə bağlı problem olan hallarda bu, günah sayılmır. Şeytan insanın düşmənidir, hər vasitə ilə onu Cəhənnəmə aparmaq istəyir. Vəsvəsə şeytanın üsullarındandır, bununla mübarizə aparmaq yox, əhəmiyyət verməmək lazımdır. Sizdə belə hallar varsa, evdə Qurani Kərim, xüsusən də Bəqərə surəsinin oxunuşuna qulaq asın, Quranın Azərbaycancaya mənaca tərcüməsini və hədisləri oxuyun, Allahı çoxlu zikr edin, ibadətlərinizdə sabit olun və bacardığınız qədər Allaha yaxınlaşmağa çalışın. Həmçinin oxuyun:
İnsanın beyninə gələn fikirlər günahdırmı?
İmanda şəkkə düşənin duası
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Müsəlmanın qalası dua və zikrlər kitabçası

Teqlər: 
Paylaş: