Camaat namazında səhv səcdəsi necə edilir?

    28.11.2014
Kimdən: 
AQSİN
Sual: 
Salamu aleykum qabaqcadan Siza oz minnatdarliğimi bildiriram. 1.Agar namazda har hansi bir sahv olarsa sahf sacdasi neca yerina yetirilir.2. sahfi imam etmis alarsa o halda neca yerina yetirilir
Cavab: 

Aleykum salam. Namazda buraxılan səhv namaz vaxtı yada düşərsə, sonuncu təşəhüddə, salamlardan əvvəl səhv səcdəsi edilir, sonra salam verilir. Buraxılan səhv namazı bitirdikdən az müddət sonra yada düşərsə, yada düşən zaman edilir. Əgər namazı bitirdikdən uzun müddət sonra yada düşərsə, səhv səcdəsi etməyə ehtiyac yoxdur. Namazın vacib əsaslarında səhv olduğunu bilə-bilə qəsdən səhv səcdəsi etməmək namazı batil edir. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?

Bu qaydalar camaat namazında imama da aiddir. İmam səhv səcdəsi etdikdə camaat da onunla birlikdə səcdə etməlidir. Namaz əsnasında imam səhv etdikdə camaat ona xatırlatmalıdır. Kişilər bərkdən "subhənəllah" deyir, qadınlar isə əl çalaraq xatırladırlar. Bu qaydaları Peyğəmbər (salləllahu aleyhi və səlləm) öyrətmişdir.

Teqlər: 
Paylaş: