Cinsi əlaqədə olduğum qadınla kəbin kəsdirə bilərəmmi?

    01.12.2014
Sual: 
Salam. Men ozum evliyem oglum var. Bir qadinla cinsi elaqede olmusam indi isteyirem onu kebinli yoldasim edim. Bilmek isteyirem o yani kebin etmek istediyim qadin mene haram sayilir ya yox? kebin kese bilerem o qadinla?
Cavab: 

Aleykum salam. Əvvəla onu qeyd edək ki, bu vaxta qədər əgər siz onunla şəri kəbin olmadan cinsi əlaqədə olmusunuzsa, sözsüz ki, bu zinadır, zina isə böyük günahlardan sayılır. Bunu edənlər yubanmadan Uca Allaha səmimi qəlbdən tövbə edib əməlinə görə peşman olmalı, bir daha o günaha qayıtmamalı və çoxlu xeyirli əməllər etməlidir.
Evlənmək məsələsinə gəlincə, istəsəniz evlənə bilərsiniz, amma nigahın şərtləri var. Qadın tərəfdən vəli (atası, olmasa qardaşı, olmasa əmisi və s.), iki şahid olmalı və qadına mehr verilməlidir. Daha ətraflı: Nigah bağlamaq qaydaları
Bu şərtlərə əməl olunmayan nigah batildir.

Paylaş: