Kəlmeyi-şəhadət necə olmalıdır?

    06.01.2014
Sual: 
Salam aleykum. Bezileri '' əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədin abduhu ve resuluh'',bezileri de ''əşhədu en la ilahə illallah, əşhədu ənnə Muhəmmədin resulullah, əşhədu ənnə əmir əl momininə Əliyyen vəliyullah'' deyir.Bunlardan hansi doqrudur.Allah razi olsun
Cavab: 

Aleykum salam. Şəhadət kəlməsi "əşhədu ən lə iləhə illallah və əşhədu ənnə Muhəmmədən rasulullah", həmçinin "əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu" kimi deyilə bilər. Bu sözlərin mənası belədir: “Allahdan başqa ibadət edilməyə layiq olan heç bir məbud yoxdur, Muhəmməd onun qulu və rəsuludur”
"Əmirəl-mumininə Əliyyən Vəliyullah" mənası isə "Möminlərin əmiri Əli Allahın vəlisidir" deməkdir, amma bu sözləri şəhədət kəliməsinə əlavə etmək dində yenilik olduğu üçün qadağandır.
İslam insandan Allahın tək, şəriksiz olduğunu və yalnız Onun ibadətə layiq olduğunu, Muhəmmədin də Allahın elçisi olduğunu qəbul etməsini tələb edir. İmam Əlinin (Allah ondan razı olsun) möminlərin əmiri, yəni başçısı, xəlifəsi, habelə Allahın sevimli bəndəsi olması, sağ ikən Cənnətlə müjdələnməsində heç bir şübhə yoxdur. Lakin "lə iləhə illallah və Muhəmmədən rasulullah" şəhadətinə "Əmirəl-mumininə Əliyyən Vəliyullah" şəhadətini əlavə etmək bidətdir (dində yenilik). Peyğəmbər sallallahu aleyhi və səlləm öz xalqına elçi olaraq göndərildikdə bunu insanlara buyurmamışdır. Bu vaxtlar Əli ibn Əbu Talib hələ uşaq idi. Peyğəmbərin dində buyurmadıqlarını din adı ilə dinə salmağa bidət deyilir. Peyğəmbər demişdir: “Hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır.” Başqa bir hədisdə Peyğəmbər demişdir: “Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar”. Hədisi Buxari və Muslim rəvayət etmişlər. Şəhadətin mənası haqqında daha ətraflı məlumat almaq üçün Şəhadət adlı məqaləyə baxa bilərsiniz. Həmçinin, oxuyun: Bidət nədir?

Paylaş: