Kəbin kəsdirmək üçün hara getmək lazımdır?

    06.12.2014
Kimdən: 
Ruslan
Sual: 
Salam. Bir dul qadınla yaxşı mənada kəbin bağlamaq istəyirəm. Çox ağıllı, təmiz və mədəni bir qadındır. Münasibətlərimiz çox yaxşı olsa da heç vaxt yaxınlıq etməmişik. Kəbin bağlama hara və necə müraciət etmək lazımdır? Evli ola-ola bu nə dərəcədə günah olmaq və olmamaq tərəflərini zəhmət olmasa izah edərdiniz. Təşəkkür edirəm.
Cavab: 

Aleykum salam. Şəriətdə evli olduğunuz halda ikinci dəfə Allahın buyurduğu qaydada evlənməyinizə icazə verilir. Uca Allah buyurur: "Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3).
"Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər özünüzü doğruldub Allahdan qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nisa, 129).

Nikah məsələlərinə görə məscid imamlarına müraciət etmək lazımdır. Amma dinimizdə nigahın şərtləri var: Valideynlərin razılığı, şahidlərin iştirak etməsi, qadına mehr verilməsi və s. Daha ətraflı: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: