Əxlaqsız insanlardan uzaq olmaq üçün hər hansısa bir dua varmı?

    06.12.2014
Sual: 
Salam əleykum.Mən məktəbdə oxuyan bir şagirdəm. Mənim bəzi sinifyoldaşlarım mərifətsizdir. Yəni üzr istəyirəm mərifətsiz hərəkət edirlər. Mən həmişə istərəm ki,ümumiliklə mərifətsiz,yəni pis niyyətli insanlardan həmişə uzaq olum Bunun üçün hər hansı bir dua vardır?.Varsa yazarsız. İndidən təşəkkür edirəm
Cavab: 

Aleykum salam. Əvvəlcə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sözlərini xatırladaq: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Davud, 4833; ət-Tirmizi, 2378; əl-Albani "Sahih əl-Cami", 3545). Ona görə də, bu cür insanlarla dostluq etməməli, mömin, sizə fayda verən, əxlaqlı insanlarla oturub-durmalısınız. Onların pis əməllərini gördükdə sizin üzərinizə düşən, onları bundan çəkindirmək, haqqa dəvət etməkdir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali-İmran, 104).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz pis iş (günah) gördükdə əli ilə düzəltsin! Ona qadir olmasa dili ilə düzəltsin! Ona da qadir olmasa, qəlbi ilə nifrət etsin, bu da imanın ən zəif dərəcəsidir". (Muslim, 49).
Belə insanlardan qorunmaq üçün xüsusi dua yoxdur, öz sözlərinizlə, istədiyiniz kimi Allaha dua edə bilərsiniz. Həmçinin baxın: Müsəlmanın qalası dua və zikrlər

Teqlər: 
Paylaş: