Küfr və azğınlıq içində olan bir insan imana gələ bilərmi?
Aleykum salam. Küfr və azğınlıq içində olan insanlar iman gətirə bilərlər. Məsələn, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dövründə İslamın qatı düşməni olmuş, müsəlmanlara qarşı döyüşlərə başçılıq etmiş Əbu Sufyan Məkkənin fəthindən sonra iman gətirərək müsəlman olmuş, Allah yolunda cihada qoşulmuş, hətta döyüşlərin birində bir gözünü itirmişdir. Müasir dövrümüzdən isə İsveçrəli siyasətçi Daniel Ştrayxı misal göstərmək olar. Öz ölkəsində məscidlərin tikintintisinin qadağan olunmasına qarşı fəal mübarizə aparmış və buna nail olmuşdur. Müsəlmanlarla daha yaxşı mübahisə etmək məqsədilə Quranı oxumağa qərar vermiş, oxuyarkən həyatında heç vaxt cavab tapa bilmədiyi sualların cavabını orada görərək İslamı qəbul etmişdir. Daha sonra etdiyi əməllərə görə tövbə etmiş, bütün müsəlmanlardan üzr istəmiş və Avropanın ən böyük məscidinin İsveçrədə tikiləcəyinə çalışacağını söz vermişdir.