Pirlər və İbrahim məqamı haqqında

    14.12.2014
Sual: 
salam pirlere getmek olarmi??? ve kebe evinin yaninda Ibrahim meqami var hz.Ibrahimin ayaq izi o da pir hokmundedirmi dasin uztunde ayaq izleri var
Cavab: 

Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür və əbədi Cəhənnəm əzabına aparır. Daha ətraflı: Pirlərə getmək olarmı?

İbrahim məqamının pirlərlə heç bir əlaqəsi yoxdur. Pirlərdə olduğu kimi heç kim oradan yardım və ya şəfa istəmir. Bu yer Kəbədən bir neçə metr aralı məsafədə yerləşir, rəvayətə görə İbrahim peyğəmbər (aleyhi-ssələm) Kəbəni inşa edərkən oradakı daşın üzərinə çıxırmış. Uca Allah müsəlmanlara onun yanında namaz qılmağı əmr etmişdir: "İbrahimin dayandığı yeri namazgah edin!" (əl-Bəqərə, 125).
"Orada aydın nişanələr – İbrahimın məqamı vardır" (Ali İmran, 97).

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də tavafı (Həcc zamanı 7 dəfə Kəbənin ətrafında fırlanmaq ayini) bitirdikdən sonra ora gələrdi və həmin məqamı özü ilə Kəbənin arasına alıb orada iki rükət namaz qılardı və bu ayəni oxuyardı: vat-təxizu mim məqami İbrahimə musallə  -- "İbrahimin dayandığı yeri namazgah edin!" (əl-Bəqərə, 125).

 

Paylaş: