Namazı qılıb tərk edənin günahı, heç vaxt namaz qılmayandan fərqlidirmi?

    10.12.2014
Sual: 
Namazı qılıb atmaq namazı heç vaxt qılmayanlardan fərqlidirmi?
Cavab: 

Salam aleykum. Namaza başlamaq istəyən insanlara şeytan müxtəlif vəsvəsələr verərək Uca Allahın vacib buyurduğu əmri yerinə yetirməkdən yayındırmağa çalışır. Bu vəsvəsələrdən biri də "namaz qılıb sonra ataram, heç namaz qılmayandan daha böyük günah qazanaram" fikridir. Şübhəsiz ki, heç vaxt namaz qılmamaq və ya namazı qılıb sonra tərk etmək, hər ikisi böyük günahdır, bu günahı yuya biləcək başqa əməl yoxdur və Cəhənnəm əzabına səbəb ola bilər. "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
"(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43).
Bu vəsvəsələrə fikir vermədən dərhal namaza başlamaq lazımdır. Daha ətraflı: Namaz qılmayan Cənnətə girə bilər?

Teqlər: 
Paylaş: