Namaz qılıb ikiüzlülük edən insan barədə

    07.01.2014
Sual: 
Salam aleykum. Bir insan namaz qilirsa sonra qeybet edirse, hereketleri ile qelb qirirsa, sonra da dediyine gore dini yuxular gorurse ve yuxularda ozunu cennetde gorurse, bu insani ne kimi basha dushmek olar?
Cavab: 

Salam aleykum. İnsanın namaz qılmağı ən gözəl əməldir. Lakin, hər bir müsəlman vacib buyurulan əməlləri yerinə yetirdiyi kimi pis sözlər danışmaq, qeybət emək, qəlb qırmaq kimi qadağan olunan günahlardan da çəkinməlidir. Uca Allah buyurur: "Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).

Teqlər: 
Paylaş: