Telefonda əxlaqsız şeylərə baxmağın günahı varmı?

    10.12.2014
Kimdən: 
gunahgar
Sual: 
salam telefonda exlaqsiz seye baxmaq gunahi var
Cavab: 

Aleykum salam. Bəli, bu əməl göz zinası adlanır və günahdır. Uca Allah buyurur: "Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?"– deyəcəklər. Dəriləri deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız". Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz". (Fussilət, 20-24). Daha ətraflı:
Əxlaqsız fotolara və ya videolara baxmaq olar?
Zina, ona aparan yollar və ondan necə qurtulmaq haqqında

Paylaş: