Keçmiş sevgilimlə internetdə yazışmağım tövbəmi pozurmu?

    17.12.2014
Kimdən: 
Allah bendesi
Sual: 
salam aleykum, size bir sualim var Cox xaiw edirem cavablandirasiz, men yayda cahillik edib evli qadinnan olmuwdum sora pewman olub derhal tovbe eledim, ama dunen menim evveller isdediyim qiz internetde mene yazdi, ele bildim ki yeqin bowanib, onnan elavede ozumde ona yazmaq isdedim bilmek isdiyirdim necedi, ama bilennen soraki evlidi temiz elaqemi kesdim, bilmek isdiyirem men o qiza yazmaqnnan tovbemi pozdum?
Cavab: 

Aleykum salam. Əvvala qeyd edək ki, sizin o evli qadınla yaxınlıq etməyiniz zina sayılır. Zina da həlakedici günahlardandır. Buna görə səmimi şəkildə bir daha o günaha qayıtmamaq şərti ilə tövbə etmək, çoxlu xeyirli əməllər etmək zəruridir. Siz tövbə etmisiniz, amma zinaya aparan yollardan uzaq durmursunuz. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Diqqət yetirsəniz, ayədə "zina etməyin" yox, "zinaya yaxınlaşmayın" kəliməsi işlədilib. Alimlərə görə burada "yaxınlaşmaq" dedikdə zinaya aparan əməllər nəzərdə tutulur: naməhrəmə baxmaq, onunla söhbətləşmək, onunla tək qalmaq və s.

Başqasının həyat yoldaşının (və ya digər naməhrəm qadının) halının necə olmasından sizə nə? Sözsüz ki, bu günahdır və buna görə tövbə etmək və bir daha buna qayıtmamaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu qadağan edib demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165). Həmçinin oxuyun:

Günahdan necə əl çəkmək olar?

Paylaş: