Malın maya dəyərinin üzərinə neçə faiz qoyub satmaq olar?
Aleykum salam. Dinimiz alış-veriş edərkən satış məqsədilə alınan malın üzərinə qiymət qoymaqda məhdudiyyət qoymayıb. Madam ki, alıcı malın bazardakı qiymətindən xəbərdardır satıcı aldığı malı 3-4 qat baha və ya daha atrıq qiymətə sata bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, satıcı müştərinin bazardakı qiymətlərdən xəbərsiz olduğundan istifadə edib bir malı qat-qat artıq qiymətə satmamalıdır. Çünki belə etmək artıq müştərini aldatmaq sayılır. Ümumiyyətlə, satıcı al-ver edərkən müştəri ilə İslam əxlaqına uyğun davranmalıdır. Belə ki, özünə istəyəni başqalarına da istəməlidir. Özünə rəva bilmədiyini başqalarına da rəva görməməlidir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bizi aldadan bizdən deyil". (Səhih Muslim "İman", 164). Habelə buyurmuşdur: "Sizlərdən hər hansı biriniz özünə istədiyini müsəlman qardaşına istəməyincə, kamil iman gətirmiş sayılmaz". (Səhih əl-Buxari "İman", 1/14, №: 13).