Günahkar insan imana gəldikdən sonra keçmişdə etdiklərinə görə cəzalandırılırmı?
Aleykum salam. Uca Allah günahdan sonra tövbə edib iman gətirib, ardınca saleh əməllər edən bəndəsi bağışlyacağını və onun pis əməllərini savab ilə əvəz edəcəyini bildirib: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 70-71).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir bəndə müsəlman olub İslamı gözəl yaşayarsa, Allah onun keçmişdə etdiyi hər bir günahını bağışlayar. Bundan sonra (müsəlman olduqdan sonra) isə (edəcəyi əməllərin) əvəzini alar: hər yaxşılığa, onun on mislindən ta yeddi yüz qatınadək (əvəz verilər); hər pisliyə isə yalnız öz misli qədər (cəza verilər). Yalnız Allahın bunu bağışlaması istisnadır". (əl-Buxari, 41). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?