Sünni və sələfi nə deməkdir?
Salam aleykum.
"Sünni" -- el içində yayılıb. Əslində Əhli-Sünnədən olan insanları başqa məzhəblər belə adlandırırlar. Əhli-Sünnə - Peyğəmbərin (Allahın ona vəailəsinə salavatı və salamı olsun) yolunu gedənlərə deyilir. Yəni, "sünnə" Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu deməkdir "Sələf" də saleh sələflərin - Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), səhabələr və onlardan sonrakı xeyirli nəsillər adlanır. Sələfi sözü də bu yol ilə gedənlərə deyilir.
Namazda əlləri bağlı tutmaqla bağlı 18 səhabə və onların tabiinləri Rəsulallahdan (ona Allahın salavatı və salamı olsun) 20 hədis nəql etmişlər. Səhl ibn Sa'ddan (Allah ondan razıolsun) rəvayət edilir ki: "Camaata əmr edilərdi ki, namaz qıldıqda sağ əli sol qolun üstünə qoysunlar". (əl-Buxari, 740).
Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "Mən qərara aldım ki, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) namazı necə qılmağına baxacam. Mən ona baxdım, o qalxdı və təkbir gətirdi, əllərini qulaqlarının (səviyyəsinə) çatana qədər qaldırdı. Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu". (Əbu Davud, 726; ən-Nəsai, 889).
"Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə". (əd-Daraqutni, 1/284). Həmçinin oxuyun:
Hansı məzhəb doğrudur?
Sələfi nədir?