Ərimin yalandan Qurana əl basaraq and içməsi mənə günah ola bilərmi?
Aleykum salam. Əvvəlcə qeyd edək ki, Allahdan başqasına and içmək olmaz, Qurana isə yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur. Daha ətraflı: Qurana əl basaraq and içmək olarmı?
Yalandan and içmək böyük günahdır, buna görə mütləq tövbə etmək lazımdır. Daha ətraflı: Qurana yalandan and içməyin kəffarəsi nədir?
Amma ərinizin yalandan and içməsinə görə siz günah qazanmırsınız. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (Fatir, 18).
Əgər dediklərinizdən əminsinizsə, bu halda ərinizin etdiyi əməl həlakedici günahlardan biri olan zinadır, bunun dünyada və axirətdə cəzası isə çox ağırdır. Şeytan insanları zinaya sövq edərək ailələrin dağılmasına çalışır. Amma siz şeytanın bu hiyləsinə uymayaraq ailənizi qorumalı, əvvəlcə özünüz islam əxlaqına yiyələnməli, daha sonra ərinizi dəvət etməyə çalışmalısınız, çünki dəvət o zaman bərəkətli olur ki, dəvət etdiyiniz şeyə özünüz də əməl edəsiniz. Bundan sonra digər problemlərin həlli Allahın izni ilə mümkündür. Ona görə də hər gün dini öyrənmək üçün vaxt ayırın, namaz qılın, Allaha çoxlu dua edin. Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə edim?
Qeyd etmisiniz ki sağalda bilmədiyiniz xəstəliyiniz var. Müalicə üçün digər üsullar fayda vermirsə, ruqyə də etdirə bilərsiniz. Ruqyə - peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi xəstəliklərin müalicəsi üçün buyurduğu Quran ayələri ilə müalicə üsuludur. Bu üsulla əqrəb sancmasından tutmuş, müxtəlif ağrılar, mənəvi xəstəliklər və s. müalicə edilir. Daha ətraflı: Quranla müalicə
İlkin olaraq evdə bir neçə gün ardıcıl olaraq gün ərzində Qurandan əl-Bəqərə və əs-Saffat surələrini (ərəbcəsini) səsləndirin. Əgər yaxşı təsir etsə, ruqyə edə bilənlərə müraciət edə bilərsiniz.